Super Liqa klubunda yeni baş məşqçi

7 Avqust 2020 16:02

Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komanda "Beşiktaş"a rəhbərlik edən Sərgən Yalçının köməkçisi Çağdaş Atana tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Çağdaş Atan baş məşqçi postunda "Fənərbağça"ya keçən Erol Bulutu əvəzləyib.

Qeyd edək ki, Çağdaş Atan daha əvvəl "Alanyaspor"da Sərgən Yalçının köməkçisi vəzifəsində çalışıb.

Milli.Az