Alıcılar Tesla elektromobillərini istədikləri rəngə boyayacaqlar

8 Avqust 2020 07:05

Tesla bu günə qədər alıcılara rəngli elektromobillər təklif edirdisə, artıq bu rəngi alıcı özü seçəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, Tesla Color Change Car Wrap servisini təqdim edəcək.

Bu servis vasitəsilə alıcılar elektromobillərini istədikləri rəngə boyaya biləcəklər.

Servisin avqustun ortalarından etibarən Çində alıcıların ixtiyarına veriləcəyi bildirilir.

Milli.Az