"Gözəl bir turnir geri döndü"

7 Avqust 2020 12:49

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu növbəti dəfə imicini dəyişib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu yeni qısa saç düzümü ilə diqqət çəkib.

O,  "Gözəl bir turnir geri döndü" sözləri və Çempionlar Liqasının haştaqı ilə  yeni imicdə olduğu şəkli "İnstaqram"da paylaşıb.

Qeyd edək ki, "Yuventus" bu gün  ÇL-in 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində "Lion"la qarşılaşacaq.

Milli.Az