Premyer Liqada rekord təkrarlandı

7 Avqust 2020 09:30

İngiltərənin "Vulverhempton" klubunun futbolçusu Raul Ximenes cari mövsümdə "qol+ötürmə" sistemi ilə topladığı xal sayını 37-yə çatdırıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, meksikalı hücumçu Avropa Liqasının "Olimpiakos"la 1/8 final mərhələsinin cavab oyununda penaltidən dəqiq istifadə edib.

Bu, Ximenesin mövsümdə bütün turnirlərdə üst-üstə 27-ci qolu olub. Onun aktivində 10 məhsuldar ötürmə də var.

Şimali amerikalı bununla İngiltərə Premyer Liqası klublarının cari mövsüm üçün rekordunu təkrarlayıb. O, "Mançester Siti"nin ulduzu Kevin de Breyneyə çatıb.

Milli.Az