Trampdan gözlənilməz addım

7 Avqust 2020 07:35

ABŞ prezidenti Donald Tramp "TikTok" tətbiqinə qarşı tədbirlər haqqında fərman imzalayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Fərmana ABŞ şirkətlərinə "TikTok" tətbiqinin sahibi olan "ByteDance" şirkəti və onun törəmə müəssisələri ilə hər hansı bir əməliyyatın aparılmasını qadağan edilir.

Qadağa fərmanın dərcindən 45 gün sonra qüvvəyə minir.

Bundan əlavə, D.Tramp "WeChat" sosial şəbəkəsinə qarşı tədbirlər haqqında da fərman imzalayıb.

Fərmana ABŞ şirkətlərinə "WeChat" sosial şəbəkəsi, onun sahibi olan "Tencent Holdings" şirkəti və onun törəmə müəssisələri ilə hər hansı bir əməliyyatın aparılmasını qadağan edir.

Milli.Az