"Sevilya" və "Bayer" Avropa Liqasının 1/4 finalına vəsiqə qazandılar

6 Avqust 2020 22:46

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində 2 oyun keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Sevilya" - "Roma" qarşılaşmasında İspaniya təmsilçisi 2:0 qələbə qazanıb. Oyunda qolları Serxio Regilon (22-ci dəqiqə) və Yussef En-Nesiri (44-cü dəqiqə) vurublar.

Digər qarşılaşma Almaniyanın "Bayer" klubu və Şotlandiyanın "Reyncers" klubu arasında baş tutub. Burada "Bayer" rəqib komanda üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu 51-ci dəqiqədə Musa Diabi vurub.

Beləliklə, "Bayer" və "Sevilya" UEFA Avropa Liqasının 1/4 finalına vəsiqə qazanıblar.

Milli.Az