Fransada bankda bir neçə nəfəri girov götürən Mehdi saxlanılıb

7 Avqust 2020 06:40

07.08.2020

06:40

Fransanın Havr şəhərində bankda insanları girov götürən şəxs polislər tərəfindən saxlanılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Mehdi D. adlı şəxsin girov götürdüyü 6 nəfər azad edilib, hazırda onlarla psixoloqlar işləyirlər.

İlkin məlumata əsasən, girov götürülən şəxslərdən xəsarət alan olmayıb.

----------------

06.08.2020

22:23

Fransanın Havr şəhərin silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda bankın binasında 4 nəfər var, 2 nəfər bankldan çıxa bilib.

Bildirilir ki, silahlı şəxs yerli vaxtla təxminən saat 17:00-da banka daxil olub və tələblər irəli sürüb. Tələblərin nədən ibarət olduğu barədə məlumat verilmir.

Hadisə yerinə terrorla mübarizə üzrə xüsusi polis qüvvələri cəlb edilib, bankın binası mühasirəyə alınıb.

Milli.Az