Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

6 Avqust 2020 21:36

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 6-na olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 050 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 766 179 test aparılıb. Aktiv xəstə sayı 3 493 nəfərdir, onlardan 263 nəfər reanimasiyadadır, 58 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Milli.Az