Bakıda parkdakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO - FOTO

6 Avqust 2020 16:44

16:44

Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda təqribən bir hektar ərazidə ağaclıq və quru ot yanıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən saat 15:20-də söndürülüb.

---------

16:11

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda ağaclığın yanması barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Milli.Az