“Qəbələ” daha bir legionerini geri aldı

6 Avqust 2020 18:46

"Qəbələ" müqaviləsi başa çatan daha bir legionerini geri qaytara bilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, fransalı hücumçu Nikolas Rayseldi. 27 yaşlı futbolçu artıq ölkəmizə qayıdaraq "qırmızı-qaralar"la hazırlığa qoşulub. Futbolçu ilə növbəti 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Qəbələ" bu vaxtadək müqaviləsi bitən legionerlərindən gürcü yarımmüdafiəçi Merab Qiqauri və çilili hücumçu Rodriqo Qattasla yeni anlaşma əldə edərək heyətinə qaytarıb.

Milli.Az