UEFA yeni reytinq cədvəlini açıqladı

6 Avqust 2020 19:16

UEFA Avropa Liqasında bu mövsümün bərpasından sonra yeni reytinq cədvəlini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, dünən keçirilən oyunlardan sonra  İngiltərə (88.605, 2-ci pillə), İtaliya (68.796, 4-cü pillə), Ukrayna (35.100, 4-cü pillə), Danimarka (29.000, 3-cü pillə) xallarnı artırıb.

Azərbaycanın mövqeyi isə dəyişməz qalıb. Avrokuboklarda heç bir təmsilçisi qalmayan ölkəmiz 18.750 xalla 26-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 99.426 xalla İspaniya başçılıq edir. İngiltərə 2-ci, Almaniya (71.641) 3-cüdür.

Milli.Az