Livanlı deputat: "Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində İslam həmrəyliyi nümayiş etdirdi"

6 Avqust 2020 13:58

Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində bu cür məqamda çox vacib olan İslam həmrəyliyi nümayiş etdirdi.

Milli.Az bildirir ki, bunu Trend-ə livanlı deputat İmad əl-Hoot deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən Livan xalqına kömək göstərilməsi çox vacib və vaxtında atılan addımdır:

"Biz göstərilən köməyə görə Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə, qardaş Azərbaycan xalqına minnətdarlığımızı bildirməliyik".

İ.əl-Hoot qeyd edib ki, Azərbaycanın Livana maliyyə yardımı göstərməsi iki ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün vacib təkan olacaq və bu, ilk növbədə Beyrutun xeyrinədir.

Milli.Az