Paşinyan Ermənistanda "partlayışın" qarşısını almaq üçün YALAN DANIŞIR

6 Avqust 2020 13:50

Tovuz döyüşləri Ermənistan hakimiyyətinin iç üzünü bir daha ortaya çıxartdı. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Tovuz rayonu ilə sərhəddə törətdiyi təxribatın acı nəticələrindən düşmən tərəfi hələ də xilas ola bilmir.

O gündən bu günə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın açıqlamalarında və ölkənin xəbər portallarında düşmən hərbçilərinin avtomobil qəzası nəticəsində, hərbi hissədə naməlum şəraitdə öldüyü xəbərlərinə tez-tez rast gəlirik.

Milli.Az məsələnin əsl məğzini öyrənmək üçün ehtiyyatda olan polkovnik İlqar Əliyevlə əlaqə saxlayıb. Polkovnik açıqlamasında bunu Ermənistan hakimiyyətinin oyunu adlandırıb:

"Ermənistan tərəfi Tovuz döyüşlərindəki itkilərini gizlətmək üçün bu yolla ölülərini açıqlaya bilərlər. Səbəbi də Paşinyan hakimiyyətinin daxili narazılıqları ört-basdır etmək cəhdidir.

Ermənistanda əsgər anaları tez-tez Prezident Aparatının qarşısında etiraz aksiyaları keçirirlər, narazılıqlarını bildirirlər. Belə bir vəziyyətdə birdən-birə o qədər əsgər, hərbçi ölümünün elan edilməsi daxildə böyük partlayışa çıxara bilər".

Təhməz Təkin
Milli.Az