Koronavirus xəstələrinin müalicə olunduğu xəstəxana yandı: 8 ölü

6 Avqust 2020 14:34

Hindistanın qərbindəki Əhmədabad şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həlak olub.

Qeyd olunur ki, qısa qapanma nəticəsində yaranan qığılcım xəstəxana əməkdaşının fərdi mühafizə geyiminin alışmasına səbəb olub. Onun təşviş içində qaçmağa başlaması ilə əlaqədar yanğın dəhliz boyunca yayılmağa başlayıb. Yanğının qarşısını bir saat sonra almaq mümkün olub.

Həlak olanların hamısı koronavirus xəstəsi olub. Mərtəbədə olan digər 40 xəstə başqa korpuslara köçürülüb.

Milli.Az