Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər - FOTO

6 Avqust 2020 14:29

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təlimlərin ssenarisinə uyğun olaraq bölmələr zirehli texnika və helikopterlərin istifadəsi ilə müxtəlif döyüş elementlərini, eləcə də digər təlim-döyüş tapşırıqlarını icra ediblər.

Milli.Az