Azərbaycanlı futbolçuların Moldova dueli

6 Avqust 2020 08:58

Moldova çempionatında 8-ci turun oyunları keçirilib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi "Milsami" evdə gənclərdən ibarət yığmamızın sabiq üzvü Dmitri Nağıyevin oynadığı "Dinamo-Avto" qarşılaşıb.
 
Görüş "Milsami"nin qələbəsiylə yekunlaşıb - 1:0. Quluzadəylə Nağıyev də bu görüşün iştirakçısı olub. Dmitri start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Amit isə 61-ci dəqiqədə meydana buraxılıb.
 
8 turdan sonra "Milsami" 10 kollektiv arasında 14 xalla 4-cü, "Dinamo-Avto" isə 10 xalla 5-ci sırada qərarlaşıb.

Milli.Az