Sumqayıtda minik maşını yanaraq partlayıb - FOTO

6 Avqust 2020 08:43

Sumqayıt şəhərinin 14-cü məhəlləsində, Nəriman Nərimanov küçəsində yanğın qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakinlərindən birinə məxsus olan "Lada Priora" markalı avtomobil qəfildən alışıb və nəqliyyat vasitəsində partlayış baş verib.

Əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğının qarşısı alınıb. Avtomobilə ciddi ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Milli.Az