Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 30 m2 olan mənzilin hamam otağında 1 ədəd su qızdırıcısı yanıb, yüksək temperaturdan plastikdən ibarət vanna əriyib.
Milli.Az Trend-ə istinadən bildirir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az