Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb - FOTO

5 Avqust 2020 22:05

Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, daşlaşmış ağac parçası anbarda suyun enməsi nəticəsində üzə çıxıb. Balıqçılar tərəfindən aşkarlanan eksponat heykəltəraş Böyükkişi Adilbəyliyə təqdim edilib.

Böyükkişi Adilbəyli APA-nın yerli bürosuna bildirib ki, ağacın dəqiq yaşını dəqiqləşdirmək üçün mütəxəssislərə müraciət etmək niyyətindədir. 

O qeyd edib ki, əvvəllər də Mingəçevir su anbarından suyun çəkilməsi nəticəsində qədim heyvan qalıqları da tapılıb.

Milli.Az