İspaniyanın "Alaves" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Milli.Az apasport.az-a istinadla bildirir ki, bu vəzifəyə "Espanyol"un sabiq çalışdırıcısı Pablo Maçin gətirilib.
45 yaşlı mütəxəssis Lopes Munyosun istefasından sonra vakant olan postu tutub. Sonuncu La Liqanın cəmi 4 qarşılaşmasında komandaya rəhbərlik etsə də, "Alaves"i yüksək dəstədə saxlaya bilmişdi.
Maçin isə iyulun 22-də Çinin "Sindao Xaynyu" klubu ilə müqavilə imzalasa da, sonradan şəxsi səbəblərdən anlaşmanı pozduğunu elan edib. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Maçin "Numansiya", "Jirona" və "Sevilya"nın da baş məşqçisi olub.
Milli.Az