Şagirdi ilə yatan qadın riyaziyyat müəllimi saxlanıldı - FOTO

5 Avqust 2020 17:32

15 yaşlı şagirdi ilə əlxaqsızlıq edən qadın müəllimin məhkəməsi keçirilib.

Milli.Az Nyu-York Post-a istinadla xəbər verir ki, ABŞ-ın Texas ştatında yerləşən "Bastrop High School"da riyaziyyat fənnindən dərs deyən 25 yaşlı Hailey Pardy hakim qarşısına çıxarılıb.

Müəllim işləməyə başladıqdan bir ay sonra 15 yaşlı oğlanla intim münasibət yaşayan Heyli cəzalandırılıb. O, məktəbdən qovulub.

Əgər Heyli təqsirkar bilinsə, o, 10 il müddətinə azadlıqdan məhrum ediləcək və ya 100 min dollar ödəmək şərti ilə sərbəst buraxılacaq.

İsmayıl
Milli.Az