Murat Bahara görə tətilini yarımçıq qoyub qaçdı

5 Avqust 2020 20:40

Müğənni Murad Boz Bodrumda qaldığı oteli tətili bitməmiş tərk edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb dincəldiyi otelin idman zalında Bahar Candanı görməsi olub. Boz elə həmin gün də oteldən çıxıb.

Qeyd edək ki, 3 il əvvəl sənətçi aktrisa Aslı Enverlə sevgili olduğu ərəfədə Eser Yenenlərin evində Candan qardaşları ilə parti edərkən görüntülənmişdi. Həmin hadisədən sonra Enver sevgilisini tərk etmişdi.

Milli.Az