Banqladeşdə sərnişin qayığı batıb - 17 ölü

5 Avqust 2020 19:58

Banqladeşin şimal-şərqində sərnişin qayığının batması nəticəsində 17 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəzaya uğrayan gəmidə 48 nəfər olub. Onlardan 30 nəfər xilas edilib. Daha 1 nəfər itkin düşmüş hesab olunur.

Hadisə yerində xilasedicilər işləyir. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Milli.Az