Kalmıkiyanın rəhbəri koronavirusa yoluxub

5 Avqust 2020 19:22

Rusiyada Kalmıkiya Respublikasının rəhbəri Batu Xasikov koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə o, özü "Instagram" səhifəsindən bildirib.

B.Xasikov xəstəxana palatasından videomüraciət yayımlayıb.

Kalmıkiya rəhbəri xəstəliyi yüngül keçirdiyini deyib və işini məsafədən davam etdirdini bildirib.

Milli.Az