İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi dəyişdirilir

5 Avqust 2020 15:54

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinə dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151 235 400 manat məbləğində təsdiq edilməsi təklif edilir. Əvvəl bu rəqəm 128 235 400 manat məbləğində idi.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

Milli.Az