Feysbuk startap dəstək proqramını işə salır

6 Avqust 2020 23:55

Feysbuk onlayn ticarət sahəsində startapların dəstəklənməsi üzrə 12 həftəlik proqram təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin mətbuat xidməti öz rəsmi bloqunda məlumat yerləşdirib.

Commerce Accelerator adlı proqrama Latın Amerika, Afrika, Yaxın Şərq və Avropadan olan layihələr  qoşula biləcək.

Layihə müəllifləri Feysbuk mentorun fərdi müşayiəti ilə pulsuz təlim keçə və şirkət məhsullarına çıxış əldə edə biləcəklər. Təlim üçün 60 startap seçiləcək.

Feysbukdan qeyd olunub ki, layihələrin maliyyələşdirilməsi nəzərdə tutulmur.

Milli.Az