iPhone-larda boşluq aşkarlandı

6 Avqust 2020 21:55

Çinli tədqiqatçılar qrupu iPhone və iPad-lərdə boşluq aşkarlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə MOSEC-2020 konfransında bildirib.

Məlumata görə, boşluq  SEP təhlükəsizlik çipi ilə bağlıdır. Sözügedən çipdə zəiflik ilk dəfədir ki, aşkar edilib. Problemi həll etmək mümkün deyil, çünki o, proqram təminatına aiddir.

Cihazların təhlükəsizliyini təmin etmək üçün Apple şifrə/deşifrə kodlarını, Apple Pay və biometrik məlumatlarını SEP çipində (Secure Enclave Processor) saxlayır.

Çipdəki boşluq istifadəçilər üçün ciddi problemə çevirilə bilər, çünki hakerlər onun köməyi ilə fərdi məlumatlara çıxış əldə edə bilərlər.

Qeyd edək ki, proses Checkm8 eksploytu vasitəsilə həyata keçirilib.

Milli.Az