iOS əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı açıqlanıb

6 Avqust 2020 23:50

Smartfon əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı açıqlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki,  Global Stats analitik şirkətinin məlumatına əsasən, Azərbaycanda istifadəçilər arasında ən populyar Android əməliyyat sistemidir.

Android əməliyyat sisteminin ötən ay ölkə üzrə bazar payı 85.76% olub. iOS əməliyyat sistemi isə böyük fərqlə bazar ikincisi olub, onun bazar payı  13.74% təşkil edib.

Samsung, Series 40, Nokia və Windows əməliyyat sistemləri isə 0,3-0,6% bazar payına sahibdir.

Dünya üzrə göstəricilər fərqlidir Android - 74.6%, iOS - 24.82%, Samsung - 0.21%, KaiOS - 0.1%, Windows - 0.04%.

Milli.Az