RFID texnologiyası nədir - FAYDALIDIR

6 Avqust 2020 22:50

Radio Frekansın identifikasiyası mənasını verən RFID ayrı-ayrılıqda və avtomatik olaraq radio tezliyindən istifadə edərək obyektləri müəyyənləşdirmək üsuludur.

Adını "Radio Frequency İDentification" tərifinin baş hərflərindən götürən RFID, Radio Frekansın identifikasiyası deməkdir.

Milli.Az ted.az-a istinadən bildirir ki, radio tezliyi ilə edilən sualları qəbul etməyə və cavab verməyə imkan verən bu cihaz radio tezliyindən istifadə edən obyektləri avtomatik tanımaq üçün istifadə olunur.

RFID texnologiyasından ilk dəfə II Dünya Müharibəsində radar texnologiyalarında istifadə edilmiş və bu günə qədər inkişaf etmişdir. Bu gün saniyədə min və ya daha çox etiket oxuya bilən və yüzlərlə metr məsafəni uzaqdan aşkarlaya bilən RFID cihazlarına rast gəlirik.

RFİD necə işləyir

RFID etiketləri Elektron Məhsul Kodu (EPC) kimi obyekt məlumatlarını almaq, saxlamaq və göndərmək üçün proqramlaşdırıla bilər. Təchizat zəncirinin idarə edilməsi haqqında məlumat, oxucu tərəfindən məhsula qoyulan etiketləri oxumaqla avtomatik olaraq saxlanıla və ya dəyişdirilə bilər.

AIDC adlı bir texnoloji qrup tərəfindən idarə olunan RFID cihazları, beləcə avtomatik olaraq obyektləri müəyyənləşdirir, məlumat toplayır və bu məlumatları insan müdaxiləsi olmadan kompüterə ötürür.

Əsası oxucu və etiketdən ibarət olan RFID etiketlərdən obyekt məlumatlarını almaq, saxlamaq və göndərmək üçün proqramlaşdırılır. RFID çipləri xüsusi identifikasiya kodlarına malikdir və tanınması planlaşdırılan obyektlər haqqında hər hansı bir məlumatı qeyd edə bilər.

RFID harada istifadə olunur?

Bu gün bir çox müəssisələrdə RFID texnologiyasından istifadə edilir. Bu şəkildə avtomatlaşdırılmış inventar nəzarəti, məhsul izləmə və dərhal əldə edilən inventar məlumatları kimi məlumatlara çatmaq mümkündür.

RFID canlı yaxud cansız bir obyektə quraşdırılaraq izləmə və idarəetmə üçün istifadə edilə bilər. Reklam, nəqliyyat, logistika, pasport, giriş izləmə, nəqliyyat ödənişləri, heyvan identifikasiyası, muzeylər, məktəblər, idman və insan implantları kimi bir çox istifadə yerləri var.

İnsanlara da yerləşdirilir

Texnologiya inkişaf etdikcə RFID çipləri artıq insanlara da yerləşdirilə bilir. Bu şəkildə sadəcə əl qaldıraraq məişət texnikası işlətmək və ya evinizin qapısını açmaq mümkündür. Hazırda İsveçdə minlərlə insan RFID implantasiya texnologiyasından istifadə edir.

Paylaş

Milli.Az