Xiaomi Mi 10 Pro Plus bu tarixdə təqdim ediləcək

6 Avqust 2020 21:50

Xiaomi Mi 10 Pro Plus-un təqdimat tarixi açıqlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki,  şirkət rəsmiləri modelin adının dəqiq necə olacağını açıqlamasalar da, onun avqustun 11-də təqdim ediləcəyini söyləyiblər.

Bəzi mənbələrə görə, Mi 10 Pro Commemorative Edition adlandırılacaq smartfon Snapdragon 865 Plus prosessorundan güc alır. Cihazda 108 Megapiksel ana kamera yerləşdirilib. UFS 3.0 depolama keyfiyyətinə, LPDDR5 RAM və 50W sürətli enerji doldurma xüsusiyyətinə sahib olacaq. Mütəxəssislər batareya tutumu 4500 mAh olan modelin rəqiblərini geridə qoyacağını düşünürlər.

Milli.Az