Google Play Music tətbiqi yolun sonuna gəldi

6 Avqust 2020 21:40

Google Play Music, Android istifadəçilərinin yerli musiqi fayllarını səsləndirmək üçün ən çox istifadə etdiyi proqramlardan biri idi.

Milli.Az ted.az-a istinadən bildirir ki, son aylarda YouTube Music platformasının istifadəyə verilməsi ilə Play Music-in yolun sonuna gəldiyi bildirilir.

Xidmətin dayandırılması Yeni Zelandiya və Cənubi Afrikada sentyabrdan başlayacaq. Oktyabr ayına qədər bütün dünyada tətbiqin istifadəsi bağlanacaq.

Milli.Az