Apple şirkətinin baş marketoloqu vəzifəsindən ayrılacaq

6 Avqust 2020 22:10

Apple şirkətinin beynəlxalq marketinq üzrə baş vitse-prezidenti Phil Schiller 23 illik fəaliyyətdən sonra vəzifəsindən ayrılacaq. O bu vəzifədə 1997-ci ildən çalışır. Bu barədə Vc.ru saytı xəbər verib. Schiller öz vəzifəsindən çıxsa da Apple şirkətində çalışmağa davam edəcək. Belə ki, o, App Store mağazasına və Apple Events tədbirlərinə rəhbərlik edəcək.

"Mən burda çalışmağa davam edəcəm. Lakain bununla yanaşı mən yaxın illərdə vaxtımı daha çox ailəmə, dostlarıma və bir neçə layihəmə həsr etmək istəyirəm" - deyə Schiller bildirib. Schiller həmçinin Apple Fellow-a və Apple Fellowship-ə daxil olacaq. Qeyd etmək lazımdır ki, bu proqramlara çalışdığı müddətdə şirkətə böyük töhfələr vermiş şəxslər daxil edilirlər. Schiller-in yerinə isə 20 ildən çoxdur ki, Apple şirkətində məhsul marketinqi şöbəsinə rəhbərlik edən Greg Joswiak gələcək.

Milli.Az