Uzun illərdir ki, alimlər Mars planetində həyat formasının axtarışını aparırlar. Artıq məlumdur ki, keçmişdə Mars planetində su mövcud olub. Son elmi araşdırmalar onu göstərir ki, Mars planetində həqiqətən də canlı orqanizmlər mövcud ola bilər. Lakin onları tapmaq elə də asan iş olmayacaq. Bu barədə Slashgear saytı xəbər verib. Baxmayaraq ki, Marsda hələ də canlı orqnizm forması tapılmayıb, alimlər bu istiqamətdə ümidlərini üzmürlər. Ən çox yayılmış nəzəriyyələrdən birinə əsasən su bu və ya digər halda planetin səthində mövcuddur.
Ço güman ki, mövcud olan su böyük miqdarda buz halındadır. Tədqiqatçıların fikirlərinə əsasən həyat Marsın sərt şərtlərinə uyğunlaşmış ola bilər. Bu cür prosesə Yer kürəsində çox rast gəlinir. Canlı orqanizmlərin, Marsın dərinliklərində mövcud ola bilib-bilməyəcəklərini öyrənmək üçün alimlər kompüter modelləşdirməsindən istifadə ediblər. Təcrübə çərçivəsində Yer kürəsinin ən dərin mağaralarında yaşayan mikroorqanizmlərdən və müxtəlif missiyalar sayəsində Mars barəsində əldə olunmuş məlumatlardan istifadə olunub.
Nəticələr həmin nəzəriyyəni təsdiqləyib ki. canlı orqanizmlər planetin səthində kosmik şüaların yüklənmiş zərrəciklərindən ibarət olan enerjisi sayəsində sağ qala bilərlər. Bəzi mikroorqanizm növləri üçün bu, mövcud olmaq üçün yeganə amildir. Alimlərin fikirlərinə əsasən canlı orqanizmlər 2 metr dərinlikdə mövcud ola bilərlər. Onlar əmindirlər ki, yeraltı qazma qurğusuna sahib ExoMars adlı Mars aparatı mikroorqanizm formasında həyatın aşkar edilməsi üçün ideal variantdır. Sözügedən aparat Marsa iyul ayında göndərilməli idi. Lakin onun uçuşu 2022-ci ilin avqust-sentyabr aylarına təxirə salındı.
Milli.Az