Qubernator: “Beyrut limanına dəyən ziyan 3-5 milyard dollar civarındadır”

5 Avqust 2020 13:43

Beyrut limanına dəyən ziyanın məbləği açıqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Beyrut şəhərinin qubernatoru Marvan Abbud bildirib.

Onun sözlərinə görə, partlayışdan sonra Beyrut limanına dəyən ziyan 3-5 milyard dollar civarındadır.

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.

Milli.Az