Azərbaycan XİN Livana başsağlığı verib

5 Avqust 2020 10:27

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livana başsağlığı verib.

Milli.Az xəbər verir ki, başsağlığı XİN-in rəsmi "Twitter" səhifəsində yayılıb.

Başsağlığında deyilir: "Beyrut limanında baş verən qorxunc partlayış barədə xəbərlərdən dərin hüzn keçiririk. Ölənlərin ailələri və Livan xalqına başsağlığı veririk. Xəsarət alanların tez sağalmalarını diləyirik".

Milli.Az