"Valensiya"nın futbolçusu Ferran Torresin "Mançester Siti"yə keçidi rəsmiləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Britaniya mətbuatı bu transfer üçün İngiltərə təmsilçisinin 23 milyon avro təzminat ödədiyini yazıb.
Qeyd edək ki, F.Torres 2019/2020 mövsümündə 44 matçda 6 qol vurub, 8 qolun ötürməsini verib.
Milli.Az