"Bu müxalif ətçilikdir. "Leş Tofiq"in yeri məlum..."

4 Avqust 2020 17:58

"Videoqeybət" formatında keçirilən çoxsaylı toplantılardan sonra "Milli Şura"çılar nəhayət ki, özlərinə faəliyyətlərinin ana xəttini, qayəsini ifadə edən rəmz seçə biliblər. Uzun sürən müzakirələrdən sonra, koronavirusun "Milli Şura"nın rəmzi kimi qəbul edilməsi barədə qərar qəbul edilib. Həmçinin qərara alınıb ki, hər gün yatmazdan əvvəl evlərinin yuxarı başında saxladıqları "koronavirus" bü(s)tünə sitayiş edib, 

"Getmə, getmə, korona,
Al bizi qollarına...
Apar hakimiyyətə,
Divan tut bu millətə" duasını 3 dəfə ucadan, 3 dəfə isə astadan oxusunlar..."

Milli.Az bildirir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi ekspert Elçin Mirzəbəyli deyib.

"Bütün bunlar sizə zarafat kimi görünə bilər, amma öz məqsədlərinə çatmaları üçün xalqın ən ağır duruma düşməsinə razı olan, hətta bunu arzulayan insanlardan nə desən gözləmək olar. Bir müddət öncə neftin qiymətinin aşağı düşməsini bayram edənlər, indi də "koronavirus" havasına qol götürüb oynayırlar", - o qeyd edib.

"Bu adamların şüarı və şüuru yalnız bir "amal"a köklənib: "Başqalarına nə qədər pisdirsə, bizim üçün bir o qədər yaxşıdır. Qoy koronaviruslu günlər uzansın, iqtisadiyyat geriləsin, insanların maddi təminatı aşağı düşsün, təki onlar öz niyyətlərinə çatsınlar". Belə müxalif mövqe olmur... Bu ibtidai icma təfəkkürü, qəbilə psixologiyasıdır...

Bu müxalif ətçilikdir. "Leş Tofiq"in yeri məlum...", - E.Mirzəbəyli bildirib.

Aslan Məmmədov
Milli.Az