Virus qorxusuyla qapıda çıxarılan ayaqqabı yoxa çıxır - Kameraya düşdü - VİDEO

4 Avqust 2020 17:31

İstanbul şəhərinin Beylikdüzü rayonunda yeni növ koronavirus qorxusu səbəbiylə vətəndaşların ayaqqabılarını qapı önündə çıxartmasını fürsət bilən şəxs, telefonla danışır kimi edib ayaqqabıları oğurlayıb.

Milli.Az İHA-ya istinadən xəbər verir ki, oğurluq anları təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Hadisə dünən baş verib. Vətəndaşların qapı önünə qoyduğu ayaqqabıları oğurlayan şübhəli polislər tərəfindən axtarılır.

Bu da oğurluq anı:

Məhəmməd Vaqif
Milli.Az