Kasilyas karyerasını bitirdi

4 Avqust 2020 19:30

Real Madrid-in və Porto-nun sabiq qapıçısı İker Kasilyas karyerasını başa vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə 39 yaşlı qolkiper şəxsi tvitter hesabında yazıb.

Qeyd edək ki, Kasilyas 2019-cu ilin mayında Porto-nun məşqində infarkt keçirmişdi. Bundan sonra o, matçlarda iştirak etməyib.

Milli.Az