Zidan ən yaxşı məşqçi seçildi

4 Avqust 2020 18:30

"Real"ın baş məşqçisi Zinəddin Zidan "L'Equipe" nəşrinin versiyasına görə, dünyanın ən yaxşı məşqçisi seçilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis Yurgen Klopp ("Liverpul") və Pep Qvardiolanı ("Mançester Siti") qabaqlayaraq 1-ci olub.

Qeyd edək ki, Zidan Madrid təmsilçisi ilə üç dəfə Çempionlar Liqasının qalibi olub. O, ötən mövsüm "Real"a qayıdıb və 48 yaşlı çalışdırıcının rəhbərliyi altında komanda 2019/2020 mövsümündə İspaniya çempionu adına yiyələnib.

Milli.Az