Azərbaycan idmançısı "20-lik"də

4 Avqust 2020 15:42

Avropa Triatlon İttifaqı idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov 2414 xalla 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahının ilk pilləsində Vinsent Luis (Fransa) qərarlaşıb. İlk "üçlüy"ü İspaniya idmançıları Mario Mola və Fernando Alarza tamamlayırlar.

Milli.Az