İtaliya klubunda məşqçi istefası

4 Avqust 2020 19:42

"Torino" baş məşqçisiylə yollarını ayırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, geridə qalan mövsümdə komandanı çalışdıran Moreno Lonqo vəzifəsindən ayrıldığını açıqlayıb.

Onu bu postda Marko Campaolo əvəzləyəcək. "Torino"nun idman direktoru Davide Vaqnati Campaolo ilə danışıqlar apardıqlarını təsdiqləyib.

"Torino" A Seriyasında mövsümü 16-cı sırada tamamlayıb.

Milli.Az