Bakıda kişini avtomobil vurub

4 Avqust 2020 08:02

Bakının Qaradağ rayonunda bir nəfəri avtomobil vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Qobustan qəsəbəsində 1988-ci il təvəllüdlü Nəbiyev Ərşad Əbülfət oğlu qəfil magistral şosseyə çıxıb. Bu zaman onu minik avtomobili vurub. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az