Yeni mövsümün başlama vaxtı bilindi - A seriyasında

4 Avqust 2020 08:33

İtaliya A seriyasında yeni mövsümün başlama vaxtı müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu barədə qərarı A seriyası rəhbərliyi verib.

Mövsümün sentyabrın 19-da başlaması qərara alınıb. Çempionatın son oyunları isə mayın 23-də keçiriləcək. Milad bayramı ilə bağlı fasilədə də matçlar təşkil olunacaq.

Qeyd edək ki, avqustun 2-də başa çatan son mövsümün qalibi adına "Yuventus" yiyələnib.

Milli.Az