Türkiyə klubunda məşqçi istefası

3 Avqust 2020 22:44

"Alanyaspor" klubunun baş məşqçisi Erol Bulut vəzifəsindən ayrılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis özünün "tvitter" hesabından paylaşım edib. Bulut, "Alanyaspor"dakı işindən ayrıldığını açıqlayıb.

Erolun rəhbərlik etdiyi "Alanyaspor" Super Liqada son mövsümü 5-ci sırada tamamlayıb. Bulutun "Fənərbağça" klubunda baş məşqçi postuna gətiriləcəyi gözlənilir.

Milli.Az