Beqoviç "Milan"dan ayrılır

3 Avqust 2020 22:25

Asmir Beqoviç icarə əsasında çıxış etdiyi "Milan"dan ayrıla bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli qolkiper müqavilə ilə məxsus olduğu "Bornmut"da çıxış edəcək.

Beqoviçin 2021-ci ilə qədər İngiltərə təmsilçisi ilə sözləşməsi var. Komanda Premyer Liqanı 18-ci sırada tamamladığı üçün növbət mövsüm Çempionşipdə mübarizə aparacaq.

Yanvarda "Milan"a keçən Beqoviç İtaliya klubunda cəmi iki oyun forma geyinib.

Qeyd edək ki, bosniyalı qapıçı ötən mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.

Milli.Az