"İnter" Konteni göndərir?

3 Avqust 2020 22:15

"İnter"in baş məşqçisi Antonio Konte yaxın günlərdə öz vəzifəsindən ayrıla bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə klub rəhbərliyi arasındakı fikir ayrılığı yaranıb.

Artıq italiyalını əvəzləyəcək yeni baş məşqçinin adı da məlumdur. Rəhbərlik komandanı Kontenin həmyerlisi Massimiliano Alleqriyə həvalə etmək niyyətindədir.

Qeyd edək ki, Konte 2019-cu ilin mayından "İnter"in sükanı arxasındadır. Komanda onun rəhbərliyi altında İtaliya A Seriyasının gümüş medallarını qazanıb.

Milli.Az