Almaniya millisinin sabiq futbolçusu karyerasını bitirib

3 Avqust 2020 21:20

Almaniya millisinin sabiq futbolçusu karyerasını bitirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sandro Vaqner 32 yaşında futbolla vidalaşıb. Bu barədə hücumçunun özü məlumat verib.

Qeyd edək ki, Vaqner karyerası ərzində "Bavariya" və "Verder" kimi klubların şərəfini qoruyub. Futbolçunun sonuncu komandası isə Çinin "Tiancin TEDA" klubu olub.

Milli.Az