TƏBİB məlumat yaydı - FOTO

3 Avqust 2020 19:54

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 3-nə olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 874 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 744 837 test aparılıb. Aktiv xəstə sayı 4 456 nəfərdir, onlardan 259 nəfər reanimasiyadadır, 62 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Milli.Az