TƏBİB: Açıq havada kiçik kafelərin işləməsi məsələsi müzakirə ediləcək

3 Avqust 2020 18:01

Açıq havada kiçik kafelərin işləməsi məsələsi müzakirə ediləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, karantin qaydalarının birdən-birə yumşaldılmasına getmək olmaz: "Bunun ağır fəsadları ola bilər. Ona görə də nəticələr təhlil edilərək yumşaldılma üçün qərar verilir".

Milli.Az